2015-ci il parlament seçkilərinə 3 aydan da az vaxt qalıb. Artıq yavaş-yavaş seçkidə iştirak edəcək namizədlərin adları açıqlanır.
Bəs, bu seçkidə sənət, şou-biznes nümayəndələrindən kimlər namizədliklərini irəli sürəcək? Müğənnilər arasında keçirilən sorğunu təqdim edirik:
Xalq artisti Flora Kərimova belə niyyətinin olmadığını bildirib:
"Mən parlament seçkilərində iştirak etmişəm. Namizəd olaraq sınaqdan keçmişəm. Hamı bilir ki, qatıldığım dairədə qələbə qazandım. Amma daha parlament seçkilərində namizəd olaraq iştirak etmək kimi niyyətim yoxdur".
Xalq artisti İlhamə Quliyeva yaradıcılıqla məşğul olduğunu deyib:
"Mənim deputatlığa ehtiyacım yoxdur. İşim yaradıcılıq və səhnədir. Heç vaxt deputat olmaq kimi bir niyyətim olmayıb".
Xalq artisti Niyaməddin Musayev də deputat olmaq istəməyənlərdəndir:
"Mən parlament seçkilərində namizədliyimi irəli sürmək fikrində deyiləm".
Əməkdar artist Tünzalə Ağayeva sənət adamının yerinin Milli Məclis yox, səhnə olduğunu bildirib:
"Başım ancaq yaradıcılıq işlərinə qarışıb. Parlament seçkilərinə namizəd olaraq qatılmaq kimi fikrim yoxdur. Sənət adamının yeri səhnədir".
Əməkdar artist Ədalət Şükürov təbliğat-təşviqat kampaniyalarında iştirak edəcək:
"Biz hər seçkidə olduğu kimi bu dəfə də təbliğat-təşviqat kampaniyasında iştirak edəcəyik. Rayonlara gedəcəyik, Bakıda nəzərdə tutulan tədbirlərdə üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik. Amma mən heç vaxt deputat olmaq istəməmişəm. Hər kəs öz işini görməlidir. Bizim yerimiz səhnədir. Əlbəttə ki, bizi cəmiyyət tanıyır. Əgər namizədliyimi versəm kifayət qədər səs alaram. Buna baxmayaraq yerim səhnə və sənətdir".
Əməkdar artist Lalə Məmmədova: "Yox, qarşıdan gələn parlament seçkilərinə namizəd olaraq iştirak etmək fikrində deyiləm. Səbəbini heç özüm də bilmirəm, amma deputatlıq mənə yaddır".
Müğənni Xatirə İslam siyasətə qarışmadığını vurğulayıb: "Mənim siyasətlə nə işim var?!Bizim çox gözəl deputatlarımız var. Amma sənətçinin yerimiz səhnədir. Deputat olmaq mənlik deyil. Mənim işim ancaq oxumaqdır".
Bəstəkar-müğənni Elza Seyidcahan isə hələ qərarsızdır:
"Həyatdır, nə desən olar. Hələ ki, bilmirəm". ()
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





.jpg)

.jpg)















































