Hal-hazırda Qəbələdə əməkdar artist Mətanət İsgəndərlinin klip çəkilişləri gedir. "Nəğmə olub gecələr" mahnısının lentə alınması rejissor Ceyhun Kərimova həvalə edilib. Əlavə edək ki, Mətanət xanımın tərəf müqabili Rəşat Kəsəmənlidir. Aktyor bu barədə Mediainfo.az-a özü məlumat verib:
"Klip çəkilişləri Qəbələ-İsmayıllı rayonlarında gedir. Bizim işbirliyimiz bu kliplə başlayır. Və çox güman ki, silsilə klip çəkilişləri davam edəcək. Eyni zamanda dünən çəkiliş əsnasında daha böyük bir layihənin həyata keçirilməsini müzakirə etdik. Amma hələlik bu, sirr olaraq qalsın", - deyə açıqlama verən Rəşat Kəsəmənli onu da əlavə etdi ki, klip çəkilişlərinə dünən gecə saatlarından start verilib:
- Demək olar ki, yatmamışıq. Hazırda növbəti kadrların çəkilişinə hazırlıq prosesləri gedir.
Hər iki tanınmış simanın zəhmətindən ortaya keyfiyyətli layihə çıxacağına əminik. Tezliklə efirlərdə izləyə biləcəksiniz.
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





.jpg)

.jpg)















































