Uitni Hyuston və sənətçi Bobbi Braunun qızı, 22 yaşlı Bobbi Kristina Braunun müalicə olunduğu xəstəxanada öldüyü bildirilir. Ailəsinin yaydığı açıqlamada qeyd edilib ki, valideynləri kimi müğənni olan Kristina bu il yanvarın 31-də yaşadığı evin hamamında huşsuz vəziyyətdə tapılıb. Onun beynindən ciddi zədə aldığı məlum olub. 6 ay xəstəxanada saxlanılan gənc müğənni ötən gün vəfat edib.
Qeyd edək ki, Uitni Hyuston 2012-ci ilin fevralında ölüb. Onun qaldığı hoteldə yüksək dozada narkotik qəbul etdiyi, üzüstə vannaya yıxılaraq, boğulduğu müəyyənləşib. Uitni Hyuston bütün sərvətini qızına bağışlamışdı.
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































