Bolqarıstanın məşhur müğənnisi Azis iyulun 24-ü saat 05:20-də Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İyulun 25-i Bakıda Bolqarıstanda və dünyada ekstravaqantlığı ilə seçilən müğənni Azisin konserti keçiriləcək.
Qeyd edək ki, əsl adı Vasil Troyanov-Boyanov olan Azis pop-folk janrında oxuyur. O, musiqi karyerasına 1999-cu ildən başlayıb. Azis biseksualdır və bunu gizlətmir. Müğənni 2006-cı il oktyabrın 1-də oğlan sevgilisi Niki Kitaetslə qeyri-rəsmi nikaha girib. Bolqar ulduzun 2007-ci ildə keçmiş rəfiqəsi folk müğənni Qaladan Raya adlı qızı doğulub.
Xatırladaq ki, bir il öncə yerli mətbuatda Azisin Bakıda konsert proqramı ilə çıxış edəcəyi haqda xəbərlər yer almışdı. Lakin Azis şəxsi "Facebook" profilində status yazaraq konsert barədə xəbərləri təkzib etmişdi. (ölkə)
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































