Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun fotokamera qarşısına keçərək, şəkillər çəkdirib. Mediainfo.az-ın məlumatına görə, açıqlama verən Aysun mahnı oxumasından sonra yaranan söz-söhbətlərə aydınlıq gətirib: "Mən müğənni deyiləm. Mahnını özüm üçün oxumuşdum. Amma bir neçə gün içində "Youtube"da 18 min baxış oldu. Deyəsən, bu bəzi ifaçıları narahat edir. Anam müğənni olmağımı istəmir. İndiki ifamı dinləyəndə də dedi ki, "Bu sonuncu olsun. Daha oxuma". Türkiyədə filmə çəkilirəm. Ona görə də vokal dərsləri almışam. Həvəsə düşüb, belə addım atdım".
Aysun İsmayılova qardaş ölkədə aldığı film, serial təklifləri haqda da məlumat verib: "Baş roldayam. Tərəf müqabilim çox yaraşıqlı və məşhur bir aktyordur. Müqavilənin şərtlərinə görə, filmlə bağlı heç bir açıqlama verə bilmərəm. Həm Türkiyədə, həm də Bakıda qala gecəsi olacaq. Serial təklifi də almışdım. Amma orada tərbiyəsiz bir obraz idi, imtina etdim".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır







.jpg)

.jpg)













































