America's Got Talent Çarli Çaplin obrazı ilə amerilıların rəğbətini qazanan azərbaycanlı Üzeyir Novruzov şounun seçmə mərhələsində münsiflər heyətini yenidən heyrətləndirə bilib. İyulun 21-də NBC telekanalında yayımlanan seçmə mərhələdə azərbaycanlı Çarli Çaplin nərdivanının hündürlüyünü daha da uzadaraq onun üzərində uğurla dayana bilib.
Amerikanın Səsinin America's Got Talent şousunun veb səhifəsindən əldə etdiyi məlumata görə, Üzeyir Novruzov münsiflər heyətinin ən sevdiyi ifaçılardan birinə çevrilib. Belə ki, onun çıxışını qiymətləndirən məşhur aktyor və televiziya aparıcısı Howie Mandel rəğbətini gizlətməyib: "Sən tam bizim America's Got Talent şousunda üzə çıxartmaq istədiyimiz adamsan".
Üzeyir Novruzovu ayaq üstə alqışlayan auditoriya da onun performansını bəyəndəyinə işarə edib.
Xatirladaq ki, 4 həftə ardıcıl keçirilən JudgeCut (Münsif seçimi və ya seçmə mərhələ) mərhələsində 20 ifaçıdan yalnız 7-si canlı şoulara vəsiqə qazanır.
Üzeyir Novruzovun Amerikanın Səsinə verdiyi məlumata görə isə, dünyanın məşhur səhnələrindən Radio City Music Hall-da keçiriləcək canlı şoular avqust ayının ortalarında baş tutacaq və əvvəlki mərhələlərdən fərqli olaraq burada növbəti mərhələyə keçəcək ifaçıları münsiflər heyəti deyil, televiziya tamaşaçılarının göndərdikləri sms-lərlə seçəcəklər.
Amerikanın Səsinin Amerikana proqramı Üzeyir Novruzovun Nyu-York şəhərində keçiriləcək növbəti çıxışından özəl məqamları sizə çatdıraraq sizə azərbaycanlı Çarli Çaplinlə daha yaxından tanış olmaq imkanı yaradacaq. (musavat)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır







.jpg)

.jpg)













































