Müğənni Röyanın məşhur "Son görüş" mahnısının sözlərinin müəllifi, iş adamı Azad İsayev milyonluq cinayət törədib.
Mediainfo.az-ın milli.az-a istinadən xəbərinə görə, hazırda Türkiyədə yaşayan A.İsayevin barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Sonradan cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə həvalə olunub. A.İsayevin 2 milyon manat məbləğində dələduzluq etdiyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl A.İsayevin İstanbul şəhərində ağır yol qəzası nəticəsində öldüyü xəbəri yayılmışdı. Bir sıra tanınmış müğənnilərin ifa etdiyi mahnıların sözlərini yazan A.İsayevin müğənni Röya ilə gizli münasibətinin olduğu da iddia olunurdu.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































