Samir Bağırov Rəqsanə ilə …

Samir Bağırov Rəqsanə ilə …

Uzun illərdir səhnədən uzaq düşən müğənni Samir Bağırov həmkarı Rəqsanə İsmayılova ilə məkanların birində görünüb. Foto-kameralara tuş gələn S.Bağırov bu sözləri deyib: "Mən hər dəfə yeni işlərimlə səhnəyə qayıdacağımı deyirəm, amma bəzi səbəblərə görə alınmır. Bu dəfə hörmət etdiyim Rəqsanə ilə birlikdə ciddi işlərə başladıq. İnşallah, yeni mövsümdə maraqlı layihə ilə səhnəyə qayıdıram. Bu işdə dəyərli dostum Rəqsanəyə və özümə uğurlar arzulayıram".

Rəqsanə də öz təəssüratlarını bölüşüb: "Samirlə bizim bir araya gəlməyimiz təsadüfi deyil. Bu barədə ətraflı məlumat vermək istəmirəm. Sürpriz olsun, inşallah yeni mövsümdə tamaşaçılarımız görəcəklər. Artıq hazırlıqlar başlayıb. Samirlə birgə çox maraqlı bir proyekt hazırlayırıq. Səbir edin, tezliklə özünüz şahid olacaqsınız".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az