Bu il Azərbaycanı "Eurovision" musiqi yarışmasında təmsil edən Elnur Hüseynov Türkiyədə sərxoş halda görüntülənib.
Türkiyə mətbuatı xəbər verir ki, model Sənəm Kuyucuoğlu ilə birlikdə Cihangirdəki barlardan birinə gedən müğənni burada spirtli içki içib. Cütlük onları çəkən jurnalistləri görən kimi söyüş söyməyə başlayıb. Elnurla Sənəmin bu hərəkəti müştəriləri narahat etdiyi üçün məkan sahibi tərəfindən bardan qovulublar. Küçəyə çıxan cütlük qəhqəhə çəkərək yeriməyə başlayıb. Elnur Hüseynov jurnalistlərə "sərxoşam, çəkməyin məni!" deyib.
Qeyd edək ki, model Sənəm Kuyucuoğlu narkotik maddə aludəçisi olduğu üçün çətin günlər yaşayıb. Modelin indi də spirtli içki aludəçiliyindən əziyyət çəkdiyi deyilir. (publika)
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































