Bu gün mərhum reper Hüseyn Dəryanın ( Muradov) doğum günüdür. H.Dərya 1975-ci ilin bu günündə Bakının Bakıxanov qəsəbəsində dünyaya göz açıb. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxuyub. Daha sonra o, könüllü olaraq öz təhsilindən imtina edərək, hərbi xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.
İlk dəfə meyxana və muğamla repi sintez edib. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını qazanıb. İlk dəfə Ü.Hacıbəyov diplomunu alıb. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da layiq görülüb.
Lakin 2014-ci il martın 15-də idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili ilə onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpılaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Mərhumun ilk evliliyindən qızı, ikinci həyat yoldaşından isə oğlu var.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır







.jpg)

.jpg)













































