Müğənni Natavan Həbibinin vəkili Həsənov Fərid bildirib ki, dünən Kazımova Aygün Ələsgər qızının Bakı Apellyasiya Məhkəməsinin Həbibova Natavan Şamil qızının xeyrinə çıxardığı qətnamədən verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin Mülki kollegiyasında baxılıb:
"Ali Məhkəmə Apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Həmin qətnaməyə əsasən, Kazımova Aygün Ələsgər qızı Həbibova Natavan Şamil qızı barədə yaydığı yalan məlumatları təkzib etməli və Həbibova Natavan Şamil qızından üzr istəməlidir".
Vəkil daha sonra qeyd edib ki, Azərbaycan Respublikasında hər üç instansiya məhkəməsinin ədalətli mövqe tutması, qanunlarımızı dürüst tətbiq etməsinə görə Həbibova Natavan Şamil qızı bütün məhkəmə tərkibinə təşəkkürünü bildirir və cavabdeh Kazımova Aygün Ələsgər qızının məhkəmə qərarlarını icra edəcəyinə ümid etdiyini deyir. Əks halda xalq artistini cinayət məsuliyyəti gözləyir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































