Xalq artisti, ustad sənətkar Habil Əliyevin oğlu, müğənni-bəstəkar Rəvan Habiloğlu ikinci dəfə evlənib.
Həyat yoldaşından uzun illərdir ki, boşanan Rəvan Habiloğlu nəhayət, subaylığın daşını atıb. Onun ikinci dəfə evləndiyi xanım isə həkimdir. Əldə etdiyimiz xəbərə görə, yerli klinikaların birində şöbə müdiri vəzifəsində çalışan Gülnarə Nuruzadə uzun illər xarici ölkələrdə, eyni zamanda, 2012-ci ildə FİFA tərəfindən keçirilən Qadın dünya futbol çempionatında həkim kimi fəaliyyət göstərib. Hətta cütlüyün gənclik illərində bir-biri ilə sevgili olduqları, amma müəyyən səbəblər üzündən ailə qurmadıqları deyilir. Amma gec də olsa, bu evlilik indi baş tutub.
Qeyd edək ki, həm Rəvanın, həm də Gülnarənin əvvəlki evliliklərindən övladları da var.
Onu da öyrəndik ki, Habil Əliyev də bu izdivaca xeyir-dua verib. Sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva xeyir xəbəri təsdiqləyib. (publika)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































