Kərim Abbasov Mehriban Xanlarovadan şikayət ərizəsi yazıb

Kərim Abbasov Mehriban Xanlarovadan şikayət ərizəsi yazıb
"Əgər zənglərin arası dayanmasa, Ramil Usubova müraciət edəcəm”

Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasındakı qalmaqal daha da alovlanıb.
Bir neçə gün əvvəl aktrisa Binəqədi rayonunda sənətçini məhkəməyə verib. K.Abbasov "Günə baxan" verilişində özünün də M.Xanlarovanı polisə şikayət etdiyini deyib:

"Mehriban Xanlarova bu yaxınlarda kanalların birinə çıxıb, efirdə məni şantaj etdi. Dedi ki: "Milyonların qarşısında məndən üzr istəyəcəksən. Əks halda, şəxsi həyatından elə şey danışacam ki, başını götürüb bu respublikadan qaçacaqsan".

Bu, şərəf və ləyaqəti alçaltmaq deməkdir. Bir insanın şəxsi həyatını gündəmə gətirməyə kiminsə haqqı yoxdur. Mənə onun qohumları da, qonşuları da zəng edirlər. O qədər sözlər deyirlər ki... Bunları açıb-ağartmıram. Mən də onu Yasamal rayon məhkəməsinə verdim. Ləyaqət və şərəfini alçaltmaq, bir insanı təhdid etməklə günahlandırdım. İki vəkilim - Şahin bəy və Zülfiyyə xanım bu işlə məşğuldur. Kim mədəniyyət, incəsənət işçisini efirdə şantaj edə bilər? Əməkdar artist adını ona veriblər ki, kimisə təhdid etsin? Eyni zamanda Mehriban xanımın adamları mənə zəng vurub, hədə-qorxu gəlirlər. O zəngləri yığışdırın. Bununla bağlı 102 xidmətinə xəbər vermişəm. Əgər zənglərin arası dayanmasa, Ramil Usubova müraciət edəcəm".

Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal "Maşın" şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı.

Müğənni daha sonra "İnstaqram səhifəni mən yox, köməkçim idarə edir. O sözləri köməkçim yazıb" deyə, açıqlama vermişdi. (axsam)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az