"Avropa Oyunlarının məşəlini İlhamə Quliyeva ilə yanaşı mən də daşıyacağam"
Bunu AzVision.az-a açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov deyib. O, bildirib ki, məşəli təkcə İlhamə Quliyeva deyil, bir çox sənət adamları daşıyacaq.
"Məşəli daşımaq üçün bir çox sənət adamlarına təkliflər göndərilib. Mənə də təklif edilib. Hələ ki, bilmirəm Bakının hansı ərazisində məşəl daşıyacağam. Bu, mənim üçün fəxrdir".
A.Qasımov xalq artistləri Flora Kərimova və İlhamə Quliyeva arasında yaşanan məşəl qalmaqalına da münasibət bildirib. Qeyd edib ki, məşəl söhbəti onlar arasında bir zarafatdır.
"Mən də məşəli aparanda qaçmayacağam. İri addımlarla aparacağıq. İlhamə xanım da yəqin ki məşəli qaçmadan iri addımlarla daşıyacaq. İnanmıram ki, İlhamə xanım o məşəllə Flora xanıma od vursun. Bütün bunlar bir zarafatdır".
Qeyd edək ki, İlhamə Quliyevanın Avropa oyunlarının məşəlini daşıması müəyyən söz-söhbətlərə səbəb olub. Həmkarı Flora Kərimova buna etiraz edərək bildirib ki, İlhamə Quliyevanın məşəl daşıması gülüncdür.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































