Flora Kərimova İlhamə Quliyevanın məşəl daşıyacaq məsələsinə od püskürdü!

Flora Kərimova İlhamə Quliyevanın məşəl daşıyacaq məsələsinə od püskürdü!
"İmtina etməlidir"

"Kimsə bizi bütün dünyaya güldürmək istəyir. Görün nə günə qalmışıq ki, layiqli adamlar qala-qala məşəlin daşınmasını İlhamə Quliyevaya həvalə ediblər".

AzVision.az xəbər verir ki, bunu xalq artisti Flora Kərimova Avropa Oyunları məşəlinin İlhamə Quliyeva tərəfindən daşınmasına münasibət bildirərkən deyib. O, bu addımın yolverilməz olduğunu diqqətə çatdırıb.

"Yəni bu olimpiadanın qiyməti İlhamə Quliyevadır? Açsınlar sosial şəbəkələri xalqın arasında onun nüfuzuna baxsınlar. Düşündülər ki, layiqli sənətçilər, layiqli idmançılar nə deyəcək? Kimsə Azərbaycanı bütün dünyaya çox yaxşı güldürmək istəyir".

F.Kərimova bildirib ki, məşəlin daşımasını ona təklif etsəydilər, qəbul etməzdi:

"Məşəli Azərbaycanın adına şöhrət gətirən, bayrağmızı bütün yarışlarda qaldıran, o bayrağı fərəhlə çiyninə atıb gəzdirən, himni gözüyaşlı səsləndirən cavanlar aparlmalıdır. Nə olsun ki, sənətkaram. Bu yaşımda mənə yaraşmır və buna ixtiyarım yoxdur. Çünki bu məşəli daşımağa məndən əvvəl Azərbaycan bayrağını dünyada tanıdan, yüksəklərə qaldıran insanlar layiqdir".

F.Kərimova həmçinin həmkarı İlhamə Quliyevaya çağırış edib:

"Əgər o xalqını, vətənini təbliğ etdiyi qədər sevirsə, özü bu addımdan imtina etməlidir. Niyə imtina etməli olduğunu özü və bütün Azərbaycan bilir".

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov xalq artısti İlhamə Quliyevanın məşəli daşıyacağı ilə xəbərlərə aydınlıq gətirib:

"Təəcüblənirəm ki, İlhamə xanımın məşəli daşıyacağı ilə bağlı xəbər niyə bu qədər təəccüblə qəbul edilir? Xalq bu xanımı çox istəyir. O da 150-dən artıq məşəl daşıyanların sırasındadır. Bakıda İlhamə xanım ola bilsin ki, qaça bilməsə də, məşəli 10-20-30 m daşıya bilər. Mən şəxsən buna çox şadam".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az