"Toylar kral"ı müğənni Manaf Ağayevin qapısında vağzalı havası çalınıb. İfaçının qızı Səmayə ailə qurub. Ötən gün paytaxt məkanlarının birində keçirilən toya şou-biznesin bir çox tanınmış simaları - Nadir Qafarzadə, Mətanət Əsədova, Ramal İsrafilov, Emil Bədəlov, Xatirə İslam, Elçin Hüseynov, qarmon ifaçısı Gülbahar Şükürlü və başqaları qatılıblar. Onu da əlavə edək ki, M.Ağayev açıqlamasında qızının toyu barədə danışmaq istəmədiyini demişdi:
"Bu haqda bir o qədər də danışmaq istəmirəm. Əgər oğlumun xeyir işi olsaydı, sizə ətraflı məlumat verərdim. Bəy incəsənət sahəsindən deyil. Toyu oğlan tərəf edir. Məclis mediaya qapalı şəkildə keçiriləcək".
Qeyd edək ki, bu, Səmayənin ikinci evliliyidir. O, 2010-cu ildə atasının dostunun oğlu ilə ailəli olub. Manaf Ağayev keçmiş kürəkəninin narkoman olduğunu bildikdən sonra qızını ondan ayırıb. (lent)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































