"Çox təəccüblənirəm ki, niyə xalq artisti İlhamə ətrafında müzakirələr aparılır?! İlhamə xanım çox sevimli müğənnidir. O, 150 məşəl daşıyandan biridir. Qaça bilməsə də, hərəkət edəcək. Məşəli 10-20-30 m daşıya bilər. Mən şəxsən buna çox şadam".
Bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, Avropa Oyunlarının məşəlini daşıyanlar arasında müxtəlif sahələrdən olan tanınmış şəxslər var: "Məşəli sırf idmançıların daşıması barədə ideyamız yox idi. Biz rayonlara müraciət etdik. Oradan tanınmış, ictimaiyyəti əhatə edən insanların adları təqdim olunub.
Siyahılarda təkcə idmançılar yox, digər ictimai şəxslərin də adları var. Onlar Azərbaycanı dünyaya tanıtdıran insanlardır. Xalq artisti Əlibaba Məmmədov isə dedi ki, məşəli daşımaq çox çətindir. O, səhhətinə görə bu prosesdə iştirak edə bilmir".
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































