Bu gün Beynəlxalq Uşaqlar Günüdür.
Mediainfo.az xəbər verir ki, xalq artisti Zülfiyyə Xanbabayeva və əməkdar artist Ədalət Şükürov bu günü 3 saylı "Lal-Kar" İnternat Məktəbində keçiriblər. Qüsurlu uşaqlar üçün hot-doq hazırlayan müğənnilər uşaqları öz mahnıları ilə əyləndirməyi də unutmayıblar.
"Bugünkü bayram – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bütün balaları ürəkdən təbrik edirəm! Onların təbəssümü bizim üçün ən böyük hədiyyədir. Ancaq gəlin valideyn himayəsindən məhrum uşaqları da unutmayaq. Belə bir özəl günü mən və həmkarım Ədalət Şükürov 3 saylı "Lal-Kar" internat məktəbinin uşaqları ilə keçirdik. Bu imkanı yaratdığına görə "Nargis Fondu"na, "Otto Colonne" restoranına və xüsusilə də "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanovaya öz təşəkkürümü bildirirəm!" – deyən Zülfiyyə Xanbabayeva hər kəsə atılmış və qüsurlu uşaqları tez-tez yad etməyi məsləhət gördü.
Ədalət Şükürov da bu gününü xoş və yadda qalan keçirdiyini vurğuladı:
- Onlara azacıq olsa, sevinc bəxş etdiyimə görə sevinirəm.
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































