Mediainfo.az xəbər verir ki, "Günəbaxan" verilişinin bügünkü buraxılışı "Maşın-şou"ya həsr olunduğundan qalmaqallarla yadda qaldı. Belə ki, maşın ətrafında dayananlardan Günel Ələkbərova, əməkdar artist Mehriban Xanlarova, Emil Bədəlov və Allahverdi Yolçuyev qonaq qismində çıxış edərək şou zamanı olanlardan danışdılar. Mehriban Xanlarova canlı efirdə Kərim Abbasov və Rəşad Dağlı ilə küsülü qaldığını bəyan etdi. Daim şou zamanı tutaşdığı Xatirə İslamı isə qalib olması münasibətilə təbrik etdiyini vurğuladı. "Pişik Günel" də baş verənlərlə bağlı fikirlər səsləndirdi. Sonda, "mən şouya düşmən deyil, maşın qazanmağa gəlmişdim", - dedi.
Verilişin ən maraqlı məqamı isə bu oldu ki, sən demə, aparıcı Elgiz Əkbər Xatirə İslamı da qonaq çağırıbmiş. Amma qalib xanım onun dəvətinə qarşı hörmətsiz münasibət bəsləyib.
- Ən azından, heç olmasa axşam zəng vurub, gəlməyəcəyini bildirərdi. Yorğun olduğunu və ya hansısa problemi olduğunu xəbər verərdi. Bu, hörmətsizlikdir! Dünənki verilişi bizim telekanal yayımlayıb. Xatirə yatmayıb, telefonu məşğuldur. Prodüserlərimiz əlaqə saxlamağa çalışırlar. Mən Rəşad Dağlını da, Samir Cavadzadəni də dəvət etmək istəyirdim. Amma gördüyünüz kimi, onların hər ikisinin ayağında problemləri var idi. Xatirə isə gələ bilərdi... Daha sözüm yoxdur...
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































