Bu yaxınlarda dünyasını dəyişən məşhur blyuz-gitaraçı, müğənni, bəstəkar Bi Bi Kinqin ölümü ilə bağlı qızları Karen Uilyams və Petti Kinq gözlənilməz iddia ilə çıxış ediblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qızlar sənətçinin köməkçiləri LaVerne Toni ilə Mayron Consonu onu zəhərləməkdə təqsirləndirirlər. Karenlə Petti bununla bağlı verdikləri birgə açıqlamalarında deyiblər:
"Atamız zəhərlənib. Bunun üçün xüsusi maddələrdən istifadə olunub. Atamızın öldürüldüyünü düşünürük".
Toni isə bacıların iddiaları ilə razılaşmayaraq "Bunu həmişə deyiblər. Yeni olan heç nə yoxdur" söyləyib.
Xatırladaq ki, müğənninin qızları hələ dekabrda atalarının köməkçilərindən onun müalicəsini vaxtlı-vaxtında etdirmədikləri, 30 milyon dollar pulunu mənimsədikləri, qiymətli saatlarını və üzüyünü oğurladıqları iddiası ilə şikayət etmişdilər.
Qeyd edək ki, Bi Bi Kinqin cəsədinin ekspertizasına başlanılıb. Toksikoloji ekspertizanın nəticələri ən azı 2 ay sonra açıqlanacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































