Bu gün "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalı İctimai Televiziyada yayımlanacaq. İTV-dən verilən məlumata görə, mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində insanların faciəli şəkildə həlak olmalarını nəzərə alaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il Avstriyada keçirilən "Eurovision" mahnı müsabiqəsinin birinci yarımfinalını yayımlamamaq qərarı verdi: "üsabiqə davam edir. İctimai Televiziya və Radio Yayımları Şirkəti müsabiqənin bu günə nəzərdə tutulan ikinci yarımfinalını yayımlamaqla üzərinə götürdüyü beynəlxalq öhdəliyə və imzalanmış müqavilə şərtlərinə əməl etməyə borcludur".
Xatırladaq ki, 17 ölkənin təmsilçisi səhnəyə çıxacağı və "Wiener Stadthalle" arenasında keçiriləcək gecədə təmsilçimiz Elnur Hüseynov "Hour of the Wolf" mahnısı ilə 11-ci sırada çıxış edəcək.
Qeyd edək ki, 2007-ci ildən Avropa Yayımları Birliyinin üzvü olan Azərbaycan İctimai Telelvizya və Radio Yayımları Şirkəti həmin ildən "Eurovision" mahnı müsabiqəsini yayımlamağa başlayıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































