Aparıcı Mətanət Əliverdiyeva ötən gün "Gündəlik" verilişində söylədiyi və səs-küy yaradan sözlərinə guya ki, aydınlıq gətirib.
"Mən sovet məktəbi keçmiş insanam. Yanğın da, faciə də görmüşəm. Mənim anam qucağımda keçinib. Yanğın baş verəndə dəhşətə gəldim. Öz-özümə dedim ki, bu nə idi? Elə bil kino idi gəldi, keçdi. Mən faciəyə laqeyd qala biləcək insan deyiləm. Özü də ki, uşaq ölümünə qarşı necə belə laqeyd ola bilərəm? Mən çox həssas insanam. Mənim kimi vətənpərvər insan yoxdur. Hələ günorta saat 2-də ölü sayı tam açıqlanmamışdı, mən rəhbərliyə dedim efirə çıxmayacam. Ötən yay şəhidlər dünyasını dəyişəndə radioda xəbərləri oxuya bilmədim. 20 illik iş təcrübəmdə ilk dəfə idi ki, mən canlı yayımı apara bilmirdim. Məni qınayanlar, verilişin əvvəlinə, sonuna baxsınlar. Niyə mənim orada dediyim "Mən də o yanğında ola bilərdim. Hamımızın başına gələ bilər" sözləri verilməyib? Hətta verilişə həkim dəvət edib, ondan belə yanğın anında nə edə biləcəyimizi öyrəndim".
Qeyd edək ki, M.Əliverdiyevanın dediyi "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" sözləri sosial şəbəkədə hiddətlə qarşılanıb. (axsam)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































