ANS TV-də yayımlanan "Maşın" şounun növbəti buraxılışında qalmaqallı anlar baş verib.
Müəllifi və aparıcısı Murad Dadaşov olan proqramda iştirakçılar gizli səsvermə ilə Allahverdi Yolçuyevi sms səsverməsinə çıxarıblar.
Aktyor səs yığıb verilişdə qalacağı təqdirdə həmkarı Mehriban Xanlarovanı çıxaracağını deyib. Bundan sonra maşın ətrafında gərgin anlar yaşanıb. M.Xanlarova A.Yolçuyevin ailəsindən üzr istəyərək tamaşaçılardan "getsin"ə səs istəyib. O, aktyordan belə bir hərəkət gözləmədiyini deyib. Stilist Anar Ağakişiyev aktrisaya dəstək olmaq istəsə də, xanım iştirakçı buna icazə verməyib:
"Xahiş edirəm, mənim üçün heç kim səs istəməsin. Tamaşaçılara üzümü tutub deyirəm ki, məni burda görmək istəyirsinizsə, mənə səs verin. Özümə görə səs verin. Burdakıların heç birisinin qarşısında alçalıb onlardan dəstək istəmirəm".
Allahverdi Y. sonda 42.61% səs yığaraq yarışmanı tərk edib.
Şouda iştirakını davam etdirənlər əməkdar artist M.Xanlarova, müğənnilər Emil Bədəlov, Xatirə İslam, Samir Cavadzadə, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir. Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır. (axsam)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































