Məşhur blüz gitaraçısı və vokalist BB King 89 yaşında vəfat edib. Müsiqiçi öz evində ölüb. Onun mətbuat katibi sənətçinin vəfatı ilə bağlı əlavə məlumat verməyib.
Bu yaxınlarda müsiqiçi diabetlə bağlı xəstəliyə görə xəstəxanada müalicə olunmuşdur.
1957-ci ildə BB King ilk "Singin The Blues" albomunu buraxıb. Bundan sonra onun uğurlu yaradıcılığı öz əksini 40-dək albomda tapıb.
Hərçənd ki, son illər BB King böyük konsertlərlə çıxış etməyib. Onun sonuncu turu 2006-cı ildə keçib. 2011-ci ildə Rolling Stone jurnalının reytinqində BB King tarixdə ən yaxşı gitaraçılar arasında 6-cı yeri tutub.
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































