Türkiyənin tanınmış müğənnisi Değer Denizin yaşadığı evdə əlləri bağlanmış meyiti aşkarlanıb.
Hadisə müğənninin İstanbul şəhəri Beyoğlu rayonu Kuloğlu məhəlləsindəki evində baş verib. Bildirilir ki, tək yaşayan 39 yaşlı müğənni evində naməlum şəxs və ya şəxslər tərəfindən çanta ipi ilə boğulub.
Əsəb gərginliyi keçirən müğənninin qardaşının məlumat verməsi ilə hadisə yerinə polis və məhkəmə tibbi ekspertizası cəlb olunub. Əlləri arxadan bağlanan və boğularaq öldürülən qadın müğənninin bədənində zərbə izlərinə də rast gəlinib.
Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir. Müğənninin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü istintaqın nəticəsində məlum olacaq.
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































