Xoşqədəm Hidayətqızı verilişinin bağlanması zamanı nələr keçirib?

Xoşqədəm Hidayətqızı verilişinin bağlanması zamanı nələr keçirib?
"Səni axtarıram"ın modelini yaradırlar. Teleaparıcıların bəziləri hətta məni yamsılayırlar".

Teleaparıcı Xoşqədəm Hidayətqızı ANS TV-nin "Salam, Azərbaycan" proqramında açıqlama verib. Yeni verilişindən danışan Xoşqədəm xanım, özünə qarşı çox tələbkar olduğunu deyib: "Mənim tənqidi tamaşaçılarım anam və bacımdır. Verilişdən sonra onlara zəng vurub səhvlərimi soruşuram. İndi artıq Doğuş da bu sıraya daxildir".

Teleaparıcı ailə qurmasından da söz açıb: "Bu 5 ildə o qədər talelər gördüm ki, sonunda belə qərara gəldim ki, mən ailə qurmalıyam. Çox təkliflər var idi. Müxtəlif sahədə çalışan idi. Doğuşla eyni mühitin insanları olduğumuzdan onu özümə daha yaxın bildim. Son 5 ilimi mən bu layihəyə verdim. Bir oğluma çox şeylər verə bildim, amma ana sevgisini mənim əvəzimə anam, bacılarım, dayələri verdi. Çünki 5 ilimi ancaq "Səni axtarıram" layihəsinə verdim. Bütün günümü, enerjimi ona sərf etdim. İnanın, layihəmlə bağlı o problemləri yaşayanda, layihəmin əlimdən alınması qorxusu ilə üzləşəndə elə pis olmuşdum ki, Allah eləməsin, sanki balamı itirmişdim. Çox pis günlər yaşadım, çox ağladım. Bu 5 ildə yanımda olan komandam məni sakitləşdirdi. Dedilər ki, olmasın "Səni axtarıram", olsun "Xoşqədəmlə səni axtarıram". Beləcə, layihəmə yeni nəfəs verib, işə başladım" - deyən Xoşqədəm Hidayətqızı son günlər yaşadığı streslərin sonunda pozitiv ruhda işə yenidən start verib. (ans)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az