Azərbaycanda aşıq toyda döyülüb. Bu iddianı dünən ANS-də yayımlanan "Adam içində" verilişinin qonağı olan aşıq irəli sürüb. O, Azərbaycanda fəaliyyət göstərən şadlıq saraylarından birində döyüldüyünü deyir.
Aşığın sözlərinə görə, hadisə şadlıq sarayının həyətində baş verib: "Belə ki, toy zamanı məclisdə iştirak edən bir nəfər mənə yaxınlaşaraq Röyanın mahnısını sifariş etdi. Mahnını ifa etməyəcəyimi onun diqqətinə çatdırdım. Bundan sonra bir qrup şəxs məni şadlıq sarayının həyətinə dəvət edərək güc tətbiq etdilər. Bu yetərli olmamış kimi sazımı da sındırdılar. Bununla yanaşı mənə vəd olunan 300 manat qonorarı da vermədilər".
7-8 ildir ki, bu sənətlə məşğul olduğunun deyən aşıq 5 ildir ki, el şənliklərində çıxış etdiyini bildirib. Döyüldüyü toy isə onun tanışı Fərahim adlı şəxs tərəfindən danışılıb. Studiya dəvət olunan Fəraim aşığın dediklərini təsdiqləyib. Fərahim ANS-in birbaşa efirində söz verib ki, baş verən anlaşılmazlıq tezliklə müsbət bir şəkildə həll olunacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































