Azisin mahnısını oxuyan Murad Arif onunla səhnə paylaşmağa da hazırdır

Azisin mahnısını oxuyan Murad Arif onunla səhnə paylaşmağa da hazırdır

Son dövrlər ifaçılığa başlayan bəstəkar-aparıcı Murad Arif məşhur müğənni Azisin "Sen trope" mahnısını ifa edib.

Bu barədə musavat.com-a açıqlama verən Murad Arif yeni ifasından danışıb: "Bilirsiniz ki, məclislərdə tez-tez oluruq. Bu mahnını da el məclislərində insanların necə çox sevdiyinin şahidi olmuşam. Dəfələrlə məndən bu mahnını istəyirdilər. Bir çox müğənnilər istəsələr də, Azisin repertuarına müraciət etmirlər. Çünki kompleksləri var. Bu da əbəs yerə deyil. Axı, o qalmaqallı, şəxsi həyatı, klipləri ilə hər zaman müzakirə olunur. Məndə isə bir çox şou nümayəndələrindən fərqli olaraq, o kompleks yoxdur. Mənə görə mahnının cinsiyyəti olmur. Mahnı ya yaxşı olub, xoş əhval yaradır, ya da ki, pis olub, heç kəsə lazım olmur. Məncə bu yaxşı mahnıdır. Ona görə də bu bəstəyə rus dilində söz yazıb, oxudum".

M.Arif daha sonra "bu yaxınlarda Bakıda konsert verəcək Azislə eyni səhnəni paylaşarsınızmı?" sualına da cavab verib: "Niyə də yox? Hər kəsin öz keyfiyyəti və şəxsiyyəti var. Biz artistik, onsuz da hər kəslə, hər nov insanla səhnəni bölüşürük. Bu, bizlər üçün təbii haldır. Ümumiyyətlə, başqalarının həyatına qarışmağı sevmirəm. Hər kəs öz şəxsiyyətinə cavabdehdir".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az