Gənc şairə Telli Orucqızının "Sevgi sənsən" adlı şeiri bəstəkar Elvin Abdullayevin diqqətini çəkdiyindən o, yeni bir bəstə üzərində düşünmək qərarına gəlib. Çox keçməmiş iki yaradıcı insanın əməyi sayəsində ortaya gözəl bir mahnı çıxıb. Və artıq mahnının kim tərəfindən ifa olunacağı da bəlli olub: Günay İbrahimli.
"Şeiri təxminən dekabr ayında qələmə almışam. Aranjemanı Gürcüstanda "Bravo" studiyasında Bariko edib. Günay dinlədiyim, sevdiyim ifaçıdır. Amma nə vaxtsa mənim sözlərimə bəstələnmiş mahnını onun ifasında dinləyəcəyimi düşünməzdim. Bu, mənə xüsusi zövq verdi".
Xatırladım ki, bu, Telli xanımın ilk şeiri deyil. Uşaqlıqdan yaradıcılığa böyük həvəs göstərən gənc xanım əvvəlcə bloq yazıb. Daha sonra isə:
- ... Yavaş-yavaş cümlələr qafiyələnməyə başladı. Bir də gördüm ki, şeir yazmağa başlamışam. Elvinlə işbirliyimiz davam edir. Bir neçə mahnılar üzərində işləyirik. Şeirlərimə bəstələnən mahnılar bir çox tanınan, sevilən müğənnilərin ifasında səslənəcək.
P.S. Gənc şairəyə uğurlar arzulayırıq!
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































