"Yeni ulduz" müsabiqəsinin qalibi, müğənni Vüqar Muradovun Moskvada səkkiz nəfər tərəfindən döyülməsi olayı ilə bağlı bir nəfər həbs olunub.
Bu barədə aznews.az-a müğənni Vüqar Muradov bildirib.
"3-4 günə bu haqda geniş məlumat veriləcək. Yəqin ki, hadisənin o biri iştirakçıları da həbs ediləcək", - deyə müğənni vurğulayıb.
"Həbs olunan şəxsin kimliyi məlumdurmu?" sualına V.Muradov belə cavab verib:
"Əfsuslar olsun ki, azərbaycanlıdır. Ümimiyyətlə, o insanların hamısı soydaşımızdır".
Qeyd edək ki, "Yeni ulduz" müsabiqəsinin qalibi Vüqar Muradov bir neçə gün öncə Moskvaya toya dəvət olunub. Sonra isə səkkiz nəfər onu paytaxt ətrafındakı meşəyə apararaq döyüb. Müğənni qeyd edib ki, o, həmkarı Fidan Süleymanovanın sifarişilə döyülüb:
"Başıma gələn hadisənin arxasında adıçəkilən xanım durur".
Fidan Süleymanova isə aznews.az-a açıqlamasında deyib ki, Vüqar Muradov günahsız yerə onu şantaj edir:
"Vüqar bu addımına görə qanun qarşısında cavab verəcək".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































