Ötən il həyat yoldaşına konsert verən müğənni Nadir Qafarzadə evliliklərinin 23 illiyi münasibəti ilə xanımına sürpriz hazırlayıb. Mediainfo.az-a açıqlama verən N.Qafarzadə deyib ki, o, xanımının şərəfinə "Sevincim" adlı bəstəni mahnı ifa edib: "Bu sadəcə bir sevgi etirafıdır. Təxminən 3-4 dəqiqəlik mahnıda keçdiyimiz həyat yoluna nəzər salmışam. İndi bir çoxları deyəcək ki, Nadir həyat yoldaşı ilə gündəmə gəlir. Bu heç də belə deyil. Bu sadəcə mənim xanımıma verdiyim sevgi, hörmət və dəyərdi. Kim necə fikirləşir, fikirləşsin. Düşünürəm ki, hər bir bəy öz xanımına dəyər verməlidir. Mən də müğənniyəm. Öz sevgi etirafımı ona musiqilərimlə bildirirəm. Heç kimsə düşünməsin ki, bu gündəm, reklam üçündür. Mənim reklama ehtiyacım yoxdur. Sadəcə 23 illik həyat yoldaşıma, uşaqlarımın anasına təqdim edəcəyim növbəti hədiyyədir. Mahnının sözlərində də bir məna var. "Sevincim" adlı bəstənin sözləri Altay Yaşara, musiqisi isə Fərid Kərimliyə məxsusdur. Düşünürəm ki, ifa etdiyim bu mahnının mənim həyatımda ayrı yeri olacaq ".
Qeyd edək ki, N.Qafarzadə 2014-ci il iyulun 6-da Yaşıl Teatrda həyat yoldaşına "Həyatımsan ömrüm qədər" adlı konsert vermişdi.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































