Kəmalə Rəhimli səssiz-küysüz toy edib

Kəmalə Rəhimli səssiz-küysüz toy edib
"Oğlum mənə qəti şəkildə bildirdi ki..."

Əməkdar artist, tanınmış müğənni Kəmalə Rəhimli hamıdan gizlincə oğluna toy edib.Sənətçi oğlunun istəyi ilə toy mərasimini mediadan gizlin saxladığını deyib: "Oğlum mənə qəti şəkildə bildirdi ki, toy mərasimində media iştirak etməyəcək. Çünki bu, mənim özəl günümdür, istəyirəm toyumda yalnız doğmalarım iştirak etsin. Mən də onun fikrinə hörmətlə yanaşdım. Ümumiyyətlə, oğlum reklam olunmağı xoşlamır, heç mənimlə bir dəfə də olsun efirə çıxmayıb. Toya çox adam dəvət etməmişdik. O qədər insanların toyuna getmişdik ki, amma çoxunu toya dəvət etmədik. Çətin zamandır, istəmədim kimlərisə xərcə salaq. Yalnız özümə yaxın olan sənət adamlarını toya dəvət etdim. Xalq artisti Mələkxanım Eyyubova, Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Zümrüd Məmmədova, Zahidə Məmmədsalahova da qonaqlarımın sırasında idi".

Öyrəndik ki, sənətçinin gəlini tələbədir: "Gəlinimi oğlum özü seçib, bəyənib. Dedi ki, ana mən yalnız o qızı sevirəm və ondan başqa heç kimlə evlənməyəcəyəm, mən də etiraz etmədim. Əsas olan oğlumun xoşbəxtliyidir. Gəlin tələbədir, oğlum da kiçik bizneslə məşğuldur. Hələlik kirayədə yaşayırlar. Çünki mənim yaşadığım mənzil ikiotaqlı, və darısqaldır". (publika)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az