Göyçay rayonunda yerləşən Əli Kərim parkında gəzən sakinlərdən biri Rayon Polis Şöbəsinə zəng edərək oturacaqda bir qadın meyitinin olduğu barədə məlumat verib.
Polis əməkdaşları hadisə yerinə baxış keçirib, parkda dünyasını dəyişən şəxsin şəhər sakini, 1955-ci il təvəllüdlü Nəcəfova Bənövşə Seyfulla qızı olduğunu müəyyən ediblər. Meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib. Ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.
Məlumata görə, əvvəllər rayonda toy məclislərində müğənnilik edən Bənövşə Nəcəfovanın sonradan psixoloji problemləri yaranıb, o, evini sataraq, tüfeyli həyat sürüb, gecələr parklarda yatırmış. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































