Buna səbəb müğənni Boqlarka Çemenin ifa etdiyi "Heç nədən müharibə" ("Wars For Nothing") kompozisiyasında Qəzza sektorunda gedən müharibədən söz açılmasıdır. Mahnının sözlərində İsrailin 2014-cü ilin yayında HAMAS hərəkatı ilə apardığı müharibə pislənir. Bundan başqa, mahnıda Qəzza sektorunda həlak olmuş uşaqların sayı da göstərilir. Bununla belə, kompozisiyada İsrailin adı çəkilmir.
İsrailin Budapeştdəki səfiri Aylan Mor (Ilan Mor) isə Macarıstanı bu ifadələri mahnıdan çıxarmağa çağırıb. Macarıstan tərəfi mahnının sözlərində korrektə edəcəklərinə söz verib. Qeyd edək ki, İsrailin 1 iyul-26 avqust 2014-cü ildə həyata keçirdiyi "Sarsılmaz qaya" əməliyyatı zamanı Qəzza sektoru güclü dağıntılara məruz qalıb. Qəzzanın bərpası üçün dünyanın hər yerində vəsait toplanıb. Fələstində İsrail arasında münaqişə ötən əsrin 60-cı illərindən davam edir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































