Müğənni Nadir Qafarzadə Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusifi təhqir etdiyi üçün "ATV" tərəfindən qadağa qoyulduğu haqda səsləndirdiyi fikirlərə yenidən aydınlıq gətirib.
"Qafqazinfo"ya açıqlamasında müğənni bildirib ki, "ATV"dən zəng edərək ona qadağa qoyulduğunu bildirən şəxs kanal rəhbərliyi olmayıb və sənətçiyə qadağa qoyulmayıb:
""ATV" rəhbərliyi ilə danışdım. Rauf bəy (red. "ATV"nin icraçı direktoru Rauf Dadaşov) mənə dedi ki, sənə qadağanı yalnız mən və Vüqar Qaradağlı qoya bilər. Mənim işçilərimdən kimsə zəng edib sənə qadağa qoyulduğunu deyirsə, qələt edir.
Mən də bilmədən sizin sayta açıqlama verdim ki, "ATV"dən zəng edib, mənə qadağa qoyulduğu deyilib. Mənə qadağa qoyulmayıb. Rəhbərlik dedi ki, Azərbaycan dövlətinin vətəndaşı, müğənnisisən, sənə niyə qadağa qoymalıyıq? Sən fövqəladə, günah iş görməmisən.
Heç bir problem yoxdur. Əvvəlki kimi kanalın verilişlərində qonaq kimi çıxış edəcəm".
Qeyd edək ki, Nadir Qafarzadə "Gün üzü" verilişində S. Yusifə "Haranın zibilidir ki?" dediyi üçün verilişdən uzaqlaşdırılmışdı. Qafarzadə "Qafqazinfo"ya açıqlamasında verilişi öz istəyi ilə tərk etdiyini və kanaldan zəng edərək ona qadağa qoyulduğu haqda məlumat verildiyini bildirimişdi.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































