Martın 14-də Heydər Əliyev adına Sarayda dünya şöhrətli Azərbaycan əsilli müğənni Sami Yusufun "Sarı gəlin adlı" konsert proqramı baş tutub.
Konsertdə tanınmış şəxslərlə yanaşı, millət vəkilləri də iştirak edib.
Cənubi azərbaycanlı müğənni 1 saat davam edən solo konsertində ümumilikdə 19 mahnı ifa edib. Bəstələrin sırasında "Sarı gəlin", "Getmə-getmə" və "Küçələrə su səpmişəm" kimi Azərbaycan mahnıları olub.
Konsert proqramı planlaşdırılan vaxtda bitsə də, Sami Yusuf tamaşaçıların sürəkli alqışları nəticəsində üç dəfə səhnəyə geri dönərək ifasını davam etdirib.
Konsert zamanı baş verən maraqlı məqamlardan biri də, xanım tamaşaçının müğənniyə Azərbaycan bayrağı hədiyyə etməsi, ifaçının isə onu ifa etdiyi pianonun üzərinə sərməsi olub. Konsertdə Natiq ritm qrupu da çıxış edib. Sonda səbəbkarın sarayda satılan diskini alan tamaşaçılarla müğənni arasında görüş baş tutub. (report)
Mediaino.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































