Türkiyənin məşhur sənətçisi, türk pop musiqisinin əfsanəvi simalarından olan Erol Büyükburç 79 yaşında vəfat edib.
apa-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, bu gün E. Büyükburç uzun müddət telefon zənglərinə cavab verməyib. Yaxınları onun İstanbulun Etilər məhəlləsindəki evinə gediblər və mənzildə sənətçinin meyitini aşkarlayıblar. Onun ürəyinə bir müddət əvvəl 3 stend qoyulubmuş. Polis faktla bağlı araşdırma aparır.
E. Büyükburç 1936-cı ildə Adanada dünyaya gəlib. İlk albomunu 1975-ci ildə buraxıb. 1970-80-ci illərdə İstanbulda müxtəlif kazinolarda səhnəyə çıxıb. Sənətçi Türkiyə pop musiqisinə gətirdiyi yeniliklərlə tanınıb. Yaradıcılığı boyunca 1800 mahnı bəstələyib, 200-ə yaxın mükafat alıb, 33 filmə çəkilib.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































