Başından güllələnən , uzun müddət ölüm-dirim mübarizəsi aparan İbrahim Tatlısəs yenidən əməliyyat olunub.
Məşhur türk müğənni İbrahim Tatlısəs ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirib. Əməliyyat təxminən 5 saat davam edib. Bu barədə İ.Tatlısəsin meneceri Eyyub Kanat sosial şəbəkə hesablarından birində yazıb.
"İbrahim Tatlısəsin girdiyi əməliyyat uğurla başa çatıb. Səhhəti yaxşıdır. Zəng edib maraqlanan, xoş arzularını və dualarını çatdıran bütün dostlarımıza, sevənlərə təşəkkür edirik", – deyə Eyyub Kanat bildirib.
Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur müğənni həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. (ans)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































