Nadir Qafarzadə "Bu şəhərdə"dən inciyib, konserti yarımçıq tərk etdi

Nadir Qafarzadə "Bu şəhərdə"dən inciyib, konserti yarımçıq tərk etdi

Ötən gün "Bu şəhərdə" komandasının konsertinə qonaq qismində dəvət olunan müğənni Nadir Qafarzadə gecəni yarımçıq tərk edib. Publika.az-a açıqlamasında ifaçı bunun səbəbini belə izah edib: "Ötən gün konserti yarımçıq tərk etdim. Bu da səbəbsiz deyil. Səhnəciklərin birində gözləmədiyim məqamda adım yersiz çəkildi. Əslində biz "Bu şəhərdə" komandası ilə dost idik. Lakin onların bu aidiyyatsız hərəkəti məni məyus etdi. Buna baxmayaraq, onlara növbəti işlərində uğurlar arzu edirəm". N.Qafarzadənin bu narazılığına "Bu şəhərdə" komandasının prodüseri Müşfiq Abbasovun da cavabı gecikməyib. O, ifaçıya mesaj göndərərək, bir daha bu cür halların təkrarlanmayacağını bildirib: "Heç bir problem yoxdur. Günü sabahdan "Avropa oyunları" səhnəsindən də, o biri iki səhnəcikdən də sizin adınızı çıxardacam. Bir də sizin adınızı çəkmərik, nə də siz yarımçıq getməzsiz". Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Elza Seyidcahan da medaiaya "Bu şəhərdə" komandasından narazı olduğunu bildirmişdi. Ancaq ifaçıya Nadir Qafarzadədədən fərqli olaraq, müsbət cavab verilməyib. Onun məhkəmə təhdidlərinin qarşılığında "Bu şəhərdə" komandası mübahisəni istənilən müstəvidə həll etməyə hazır olduqlarını bəyan edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az