Mediainfo.az xəbər verir ki, hit mahnıların müəllifi Tural Bayraməliyevin yeni mahnısını əməkdar artist Almaz Ələsgərli səsləndirib. Söz və musiqisi Tural bəyə məxsus lirik nəğmə "Mən sənsiz" adlanır. Bəstə Türkiyədə peşəkar musiqiçilər tərəfindən aranjeman edilib, səsləndirilib.
""Mən sənsiz" Almaz xanımın ifasında uğurlu alınıb. Bu mahnını məhz A.Ələsgərlinin ifası üçün yazdım və yaxın günlərdə klip çəkilişi nəzərdə tutulub", – deyən bəstəkar mahnılarına çəkilişi nəzərdə tutulan kliplərdən danışdı.
Öyrəndik ki, hazırda müəllifin Sevil və Sevinc bacılarının ifasında səslənən "Anla məni" mahnısı ekran həllini tapır. Eyni zamanda Nadir Qafarzadənin "Döy qapımı", Günay İbrahimlinin "Hüzur" və Almaz xanımın nəzərdə tutulan yeni mahnılarına klip çəkilişi üçün hazırlıq prosesi gedir.
Xatırladaq ki, mahnılarında saf sevgini tərənnüm edən T.Bayraməliyev bəstələrini həyat yoldaşına həsr edir.
Mediainfo.az
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































