Müğənni Nadir Qafarzadənin idarə etdiyi "Lexus" markalı, 90 BS 777 dövlət nömrə nişanlı avtomobilə naməlum şəxslər hücum edib. Hazırda İsveçrədə olan ifaçı Avtolent.az-a açıqlamasında bildirib ki, "Lexus" markalı avtomobilinin şüşələrini qırıblar: "Mən hazırda Bakıda deyiləm. Ailəmizə yaxın adamlar mənə zəng edib dedilər ki, kimlərsə avtomobilimə hücum edib, maşının şüşələrini qırıq-qırıq ediblər. Bunu eşidib çox əsəbləşdim. Bu olayla bağlı adiyyatı orqanlara məlumat verilib. Hadisənin kimin tərəfindən törədildiyini bilmirəm. Çox güman ki, 1-2 günə məlum olacaq. Hadisə yaşadığım evin həyətində baş verib. Birinci dəfədir ki, belə bir halla rastlaşıram. Məsələ bu yerdə qalmayacaq, hadisəni kim törədibsə tezliklə qanun qarşısında cavab verəcək".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































