Deputat bu barədə fikirlərini "facebook" sosial şəbəkəsində paylaşıb:
"İstanbulda Qarabağla bağlı tədbirlərdən sonra Elnurla görüşdük və anam, bacım, Günay xanımla birlikdə onu təbrik edib, uğurlar arzuladıq, geniş söhbət etdik. Dedi-qodulara önəm verməməsini, bundan sonra musiqi ilə bağlı daha da çox çalışmasını söylədik. "Bar verən ağaca daş atan çox olar" deyiblər. Ortada bir gerçək var o da Elnurun böyük musiqi istedadıdır. Elnur vətənimiz Azərbaycanda və qardaş Türkiyədə onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirdi və Türkiyədə insanların əksəriyyətinin ona sevgi ilə yanaşdığını dedi. Bəzi pis niyyətlilər isə hər yerdə var.
İnşallah inanırıq ki, Elnur bundan sonra da özünün gözəl sənət uğurları ilə insanlarımızı sevindirməkdə davam edəcək. Azərbaycanla bərabər qardaş Türkiyəni də özünün sənət uğurları ilə sevindirməklə Türkiyədəki insanlarımıza doğru seçim etdiklərini hər zaman hiss etdirəcək. Uğurlar Elnur. Qardaş Türkiyəyə isə təşəkkürlər. Gənc istedadlı insanlarımıza daha çox mənəvi dəstək verməliyik və onları yıpratmaq, ruhdan salmaq istəyənlərə imkan verməməliyik. Ruhdan salmaq üçün səbəb axtarmaq gərək deyil onu hər zaman hər kəsdə tapmaq olar amma dəstək olmaqla onun daha da böyük uğurlara imza atmasına nail ola bilərik".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































