"O səs Türkiyə"dəki möhtəşəm qalibiyyətindən sonra Elnur Hüseynovu təhqir edən türkiyəli jurnalist Bülənt Əriş üzr istəyib. Jurnalist bu barədə Twitter səhifəsində açıqlama verib.
Bülənt Əriş bildirib ki, onun Elnur Hüseynov haqda yazdıqları insanlar tərəfindən səhv başa düşülüb. Ankaralı olduğunu deyən jurnalist müsabiqənin qalibinin Türkiyə vətəndaşı olmasını istədiyini bildirib. "Azərbaycanlı qardaşlarıma sözüm yoxdur. Həssaslığınızı başa düşürəm. Mən sadəcə fikrimi bildirdim. Ayrı seçklikik etməyə qarşıyam. Azərbaycanlı qardaşlarıma sevgilərimi göndərirəm", - deyə Bülənt Əriş bildirib.
Qeyd edək ki, Elnur Hüseynovun qələbəsini dırnaqarası qəbul edən Türkiyənin "Radikal" qəzetinin yazarı, jurnalist Bülənt Əriş Elnurun istedadını şübhə altına almışdı. Ən pisi isə onun adını 2012-ci ildə "Yetənək sizsiniz"də birincilik qazanmış Meks adlı itlə yanaşı çəkməsi olub. O, köşə yazısının adını məsxərə ilə "Keçmişdə Meks adlı it, bu gün azəri Elnur" olaraq qələmə alıb.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































