Müğənni Xuraman Şuşalının avtomobilinə hücum edilib. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, artıq bununla neçənci dəfədir, maşınına hücum olur: "Artıq bezmişəm. Mütəmadi olaraq naməlum şəxslər avtomobilimə hücum edərək, təkərlərini partladıb, nömrələrini açırlar. Bilmirəm nə edim? Heç kimlə düşmənçiliyim yoxdur. Onsuz da çox yerə getmirəm. Şou-biznesdə heç kimdən şübhələnmirəm. Hələ ki, polisə şikayət etməmişəm. Amma belə davam etsə, məcburam. Keçən dəfə gəlib qapımı da döymüşdülər. Qorxdum, açmadım. Məhəlləmizdə kamera da var, amma qaranlıqda etdiklərinə görə, görmək olmur".
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































