Bu gecə "O Səs Türkiyə" müsabiqəsində yarışan Elnur Hüseynovun qalib gəlməsi Azərbaycanda və qardaş ölkədə onun pərəstişkarları tərəfindən sevinclə qarşılanıb.
Qeyd edək ki, "O səs Türkiyə"dəki ilk ifası ilə bütün Türkiyəni heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə apararaq finala qədər gəlib və ən nəhayət, son buraxılışda mövsümün birincisi seçilib.
Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə Elnurun uğurunu Azərbaycanın uğuru kimi dəyərləndirib: "Mən Elnurdan aralı olduğum üçün narahatlıq hissi keçirirdim, qorxurdum ki, birdən ikinci yerə layiq görülər. Amma ona inanırdım və bilirdim ki, səsi Azərbaycana uğur qazandıracaq. Elnurun qələbəsi Azərbaycanda bir stereotipi də dağıtdı. Biz həmişə deyirdik axı, ölkə kənarında tanına bilmərik, uğur qazana bilmərik. Təəssüf edirəm ki, Elnura uzun illər öncə dəyər verə bilmədik. 7 il qabaq bəs niyə Elnura belə dəstək ola bilmədik? Onun əziyyətinə qiymət vermədik, o, çox incidi. Elnur bu gün Azərbaycan səhnəsində deyil. Türkiyə səhnəsində hər kəsi valeh etməsi ilə bir daha sənətini ortaya qoydu. Demək ki, onunla haqsız davranmışıq".
Xanım bəstəkar onu da bildirib ki, indən belə Elnur Türkiyədə sənətlə məşğul olacaq, çünki bunun üçün müqaviləsi var: "Elnur bura Vətəni olduğu üçün gəlib-gedəcək, amma sənət karyerasını Türkiyədə davam etdirəcək. Artıq onunla müqavilə bağlanıb. Müqavilənin şərtlərini poza bilməz, çünki bu, qanuna ziddir. Əsas olan budur ki, Elnur Azərbaycan adını yüksəklərə qaldırır. Məni incidən bir məqam da bundan ibarətdir ki, Elnuru indiyədək itirib-axtarmırdınız, niyə indi yadınıza düşür?" (publika)
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































