Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Dünən Elnur Hüseynov Türkiyənin TV8 telekanalında yayımlanan möhtəşəm "O səs Türkiyə" yarışmasında "Son seçimlər" mərhələsində çıxış etdi.
Ebru Gündeşin komandasında olan həmyerlimiz bu dəfə "Daft Punk"ın "Get lucky" mahnısını oxudu. Elnurun rəqibi Seda Yiyin isə Sertab Erenerin "Aşk" mahnısını səsləndirdi. Elnur ifası ilə yenə də qonşu ölkəni lərzəyə gətirməyi bacardı. Mazhar Alanson onu "yarışmanın əfsanəsi" adlandırıb. Elnur tamaşaçı səsverməsiylə qalib olaraq canlı yayımlar mərhələsinə keçib.
Hazırladı: Könül Aypara