Xəbər verdiyimiz kimi, dünən Türkiyə istehsalı olan "Aşk sana benzer" filminin qala gecəsi baş tutdu. Belə ki, məşhur aktrisa Fahriye Evçen, "Möhtəşəm yüz il" serialının "Malkoçoglu"su Burak Özçivit və "Sünbül agası" Selim Bayraktar, həmçinin filmin rejissoru A. Taner Elhan paytaxtımızın gəzməli-görməli yerlərinə baş çəkdikdən sonra Nizami Cinema Center-yə təşrif buyurdular. Qırmızı xalça üzərində irəliləyən heyəti fanatları alqışlarla qarşıladılar. Fahriye ve Burakın pərəstişkarları bağırtı səsləri ilə sevgilərini nümayiş etdirdilər. Fürsət əldə edənlər isə sevdikləri aktyorlarla foto çəkdirməyə nail oldular. Beləcə, filmin heyəti tamaşaçılarla birgə açılış etdilər...
... "Aşk sana benzer"in baş qəhrəmanı olan Ali balıqçı ailəsində anadan olub. O, valideynlərinin ölümündən sonra həyatını dənizdə keçirib. Günlərin bir günü qəsəbədə dondurmaçı işləməyə başlayan Deniz adlı bir gözəli görən Ali ona vurulur. Sevgisi qarşılıqlı olur. Amma Deniz onun evlənmək təklifini qəbul etməyib, qəsəbəni tərk etmək istəyir. Lakin Ali buna mane olur və onlar ailə həyatı qururlar. Xoşbəxt dolu günlər başlayan kimi Denizin keşmişindən gələn Aykurt hər şeyi bərbad edir.
Film maraqlı, duyqusal notlar üzərində başlasa da, zəncir arada qırılır. Ssenaristin və rejissorun kobud səhvləri ucbatından bəzi məqamlar tamaşa üçün qaranlıq qalır. Hansı ki, həmin məqamların açıqlanmasına böyük ehtiyac var.
Filmin nümayişindən sonra Nizami Cinema Centerin məsul işçisi Arzu Əhədovanın təşkilatçılığı ilə müxbirlər üçün mətbuat konfransı keçirildi. Aktyorlar sualları cavablandırdılar.
P.S. Sonda Nizami Cinema Centerin rəhbərliyinə və Arzu Əhədovaya jurnalistlər üçün təşkil olunmuş xüsusi diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk.
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































