Dünən müğənni Nura Suri şəxsi Facebook səhifəsində iki il öncə baş vermiş bir söhbəti paylaşmaqla sanki qurbağa gölünə daş atmış oldu. Belə ki, müğənni Geccə.az saytının rəhbəri Ceyhun Məhərrəmlidən şikayətçi oldu.:
"Gecce.az saytının baş redaktorunun iki il öncə mənə yazdıqlarına baxın. Və bilin ki, mənim haqqımda yazılan qərəzli yazıların arxasında bu adam durur. Öz aləmində qisas alır. Bu adam bir də mənim adımı hallandırsa, qanun qarşısında cavab verəcək! Bu dəfə heç kəc məndən xahiş edə bilməyəcək ki, "işin yoxdur, daha etməyəcək, söz verib". Bu gün də mətbuat konfransına gəlmədi. Mətbuat katibim dəvət etmişdi. Orda hamının qarşısında cavab verməyini istəyirdik!"
Qeyd edək ki, Nura Suri Facebookda Ceyhun Məhərrəmli ilə qısa söhbətini paylaşıb. Söhbətdə saytın baş redaktoru N.Suriyə, "sən çox gözəl, cazibədar, seksual bir xanımsan. Axır ki, mən neçə aydır sənə demək istədiyim sözü dedim. Bunu statusa buraxıb, yəqin ki məni bu sözə görə peşman eləməyəcəksən. Səndən xoşum gəlir. Axır ki, bu sözləri yaza bildim" kəlmələrini qeyd edib. Ardınca da müğənni ilə redaktor arasında xoşagəlmnəz dialoq yaranıb.
P.S. Hadisə ilə bağlı əks tərəfin də fikirlərini öyrənməyə çalışdıq. Gecce.az saytının rəhbəri uzun çəkən susqunluğunu qısa paylaşımı ilə pozdu:
"Mənə inboxda heç nə yazmayın. Kimə necə yanaşmaq lazımdır, mən yaxşı bilirəm. Kimə nə etmişəm, əcəb eləmişəm".
Hazırladı: Günel Həbib
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































