Mikayıl: “Mən efirdə kişi əqidəli proqram aparıram...”

Mikayıl: “Mən efirdə kişi əqidəli proqram aparıram...”

"Azərbaycanın hansı televiziyasının verilişində tamaşaçıların əyləşməsi üçün 400 nəfərlik oturacaq var? Yoxdur"

"Sosial şəbəkələrdə barəmdə yazanlardan biri tənqidi fikrini üzümə demir. Amma məni görəndə gəlib şəkil çəkdirirlər, toylarına dəvət edirlər. İnsanlar məni el şənliklərinə dəvət edirlər. Hər gün toydayam. Bu toyu edənlər də azərbaycanlı balalarıdır. İstəyirlər ki, balalarının toyunda mən iştirak edim. Verilişimizə tənqidi fikirlər səsləndirən insanlar, əlləri ətə çatmayıb, murdardır deyən insanlardır. Əgər mənim verilişimdə Ağadadaş Ağayev, Cabir Abdullayev, Könül Xasıyeva kimi nəhəng sənətkarlar qonaq olursa, bəs bu nədir? Dünən verilişimdə qonaq Xatirə İslam, Vasif Məhərrəmli və Gülay Zeynalaova idi. Gözəl bir proqram oldu. Müğənnilərin canlı ifalarını da eşitdiniz. Elə mən özüm də eşitdim. Musiqi baxımından da anlayışım var. Bilənlər bilir ki, mənim musiqi təhsilim var. Mən aparıcıyam, hansı ifaçının pis, yaxşı oxuduğunu deyə bilmərəm.

Mənim verilişimdə nazlı kişi yoxdur ki, televiziyaya baxan uşaq efirə baxsın, olsun nazlı kişi. Mən efirdə kişi əqidəli proqram aparıram, baxsınlar. Verilişimdə qalmaqal, qulağı sırğalı filan şey... gədə yox, kişi var".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az