Müğənni Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov bacısı ilə eyni səhnəni paylaşmağın təəssüratlarını bölüşüb.
Axşam.az xəbər verir ki, "Onlar"a açıqlama verən İsmayıl çox həyəcanlı olduğunu deyib:
"Konsertdə həyəcanlı idim. İlk dəfə böyük səhnədə - Heydər Əliyev Sarayında çıxış edirdim. Hazırda təhsil alıram. Mənim üçün öncə odur. Bitsin, sonra qərar verəcəm: bir tərəfdə musiqi, digər tərəfdə isə başqa işim olacaq. Mən ailəmdən utanıram, çəkinirəm, heç onların yanında mahnı oxumamışam. Oxuyanda Röya yanıma gəldi, həyəcandan özümü itirdim".
Qardaşından danışan R.Ayxan onunla bağlı bunları deyib:
"Sual verirlər ki, İsmayıl mənim doğma qardaşımdır? Doqquz yaşımda valideynlərim boşandılar, on yaşımda yenidən barışdılar və bu doğuldu. Hər zaman onun arxasında oldum. Hansı işin sahibi olsa da, arxasındayam. Amma müğənni olmasını istəmirəm. Biznes qursun".
Qeyd edək ki, Röya dekabrın 19-20-21-də Heydər Əliyev Sarayında baş tutan konsertində səhnəni qardaşı ilə bölüşmüşdü.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































